Türkiyənin Trabzon şəhərində II Qara dəniz Turizm və Səyahət Sərgisi keçirilib. Türkiyədən və qonşu ölkələrdən 100-dən çox şirkət və agentliyin iştirak etdiyi sərgidə Azərbaycanı “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edib.
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tədbirə qatılan birlik sərgidə ölkəmizin turizm potensialını əks etdirən kitab, broşür, xəritə, film nümayiş etdirib. Birlik tərəfindən təqdim olunmuş “Ağsu möcüzəsi” sərgisinin materialları fotoqraf Məmməd Rəhimov, rəssam Cahangir Əhmədov və heykəltəraş Vüqar Quliyevə məxsusdur. Təqdim edilmiş nümunələr sərgi iştirakçılarında böyük maraq doğurub.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar