Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Dohada yerləşən “Qatara” mədəniyyət şəhərciyinin baş direktoru Khalid al-Sulayti ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəni əlaqələrin perspektivləri müzakirə olunub.

Söhbət zamanı qeyd olunub ki, 2021-ci ilin sentyabrında “İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi və “Qatara” Mədəniyyət Şəhərciyi Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Ötən il dekabrın 8-də isə “Qatara” mədəniyyət şəhərciyində Azərbaycan-Qətər dostluq əlaqələrini təcəssüm edən “Qardaşlıq” abidəsi açılıb.

Görüşdə mədəniyyət sahəsində əməkdaşlığın yeni imkanları, mümkün layihələr ətrafında fikir mübadiləsi aparılıb.