Avstriyada turizm göstəricilərində müsbət irəliləyişlər qeydə alınıb və yay mövsümündə turist gecələmələrinin sayı pandemiyadan əvvəlki səviyyəyə çatıb.
Avstriya Statistika İdarəsinin hesabatına əsasən, may-iyun aylarında ölkə üzrə 19,2 milyon gecələmə qeydə alınıb. Bu isə pandemiyadan öncəki 2019-cu ilin analoji dövr üzrə göstəricisinə (20,1 milyon) yaxındır.
Ən yüksək göstərici (təxminən 12 milyon gecələmə) iyun ayında qeydə alınıb. Bu, ötən ildən 60 faiz çox və 2019-cu ilin iyun göstəricisinə təxminən bərabərdir. Bununla belə, ölkə üzrə turist sayının əksəriyyətini yerli sakinlər təşkil edir.
Qeyd edilib ki, payızda sosial tərəfdaşların zirvə toplantısında turizm sektorunda məşğulluq şəraitinin yaxşılaşdırılması, bu sahənin cəlbediciliyinin daha da artırılması kimi məsələlər müzakirə edilməlidir.