Portuqaliyanın əsas maliyyə və iqtisadi mərkəzlərindən biri olan Porto şəhəri 2022-ci ilin yay mövsümü üçün səyahətçilər arasında ən populyar istiqamət olaraq seçilib.

Reytinqi “Pinterest” internet portalı səyahətçilər arasında yay mövsümünün istiqamətlərinə dair sorğu əsasında tərtib edib.

Nəticələrə əsasən, son bir neçə ayda turistik səfərlərin ən çox artdığı ilk 10 populyar istiqamət müəyyən edilib. Onluqda Portodan savayı Yunanıstanın Korfu, İtaliyanın Komo gölü, İspaniyanın Mayorka, İbiza və Madrid, Yunanıstanın Mykonos, Türkiyənin İstanbul, Taylandın Phuket, Fransanın Nitsa kimi turizm istiqamətləri yer alıb.