Vətəndaşlar mədəniyyət nümunələrini muzeylərə təqdim edirIər

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bölgələrdə mədəni irs nümunələrinin toplanması istiqamətində yeni təşəbbüs çərçivəsində vətəndaşlarda olan maddi mədəniyyət nümunələrinin muzeylərə təqdim edilməsi davam edir.

Dövlət Xidmətindən bildirilib ki, bu dəfə Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində aşkar olunmuş 45 ədəd maddi mədəniyyət nümunəsi rayonun Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.