Dünya Turizm Təşkilatının eksperti Azərbaycana səfərə gəlib
   
   Mədəniyyət və Turizm Nazirliyi Dünya Turizm Təşkilatı ilə birlikdə Azərbaycanın turizm potensialının təbliği məqsədilə bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də DTT-nin təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulan Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizi üzrə kruiz layihəsidir.
   DTT-nin ekspert missiyası bu layihənin potensialının qiymətləndirilməsi məqsədilə regionda səfərdədir. Noyabrın 27-30-da Qazaxıstanda olan missiya dekabrın 1-dən 4-dək ölkəmizdə görüşlər keçirəcək. Bundan sonra DTT heyəti dekabrın 4-dən 8-dək Rusiyada səfərdə olacaq.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, Dünya Turizm Təşkilatının eksperti Robert Kleverdonun Azərbaycana səfəri zamanı Bakı Dəniz Limanının və Azərbaycan Turizm Assosiasiyasının rəhbərlikləri, turizm sahəsində fəaliyyət göstərən və kruiz marşrutları üzrə ixtisaslaşan şirkət nümayəndələri ilə görüşləri və bu istiqamətdə perspektivlərin müzakirəsi nəzərdə tutulub. Qonaq həmçinin Bakının görməli yerləri, mədəni-tarixi abidələri, muzeyləri, o cümlədən milli mətbəx və musiqimizlə tanış olacaq.
   Qeyd edək ki, DTT-nin ekspertinin regiona səfərindən sonra ölkəmiz üçün də əhəmiyyət daşıyan bu kruiz marşrutunun reallaşması istiqamətində addımların atılması gözlənilir.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar