Kahramanmaraş əhalisinin Azərbaycana sonsuz sevgisi var. Qarabağın düşməndən qurtuluş mübarizəsində Azərbaycanın yanında olduq. Bölgəmizin bütün imkanları ilə Azərbaycanla əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Can Azərbaycana aid hər nə varsa bizim üçün doğmadır.

Bu fikirləri Türkiyənin Kahramanmaraş şəhərinin mərkəzi rayonu olan Onikişubat Bələdiyyəsinin başqanı Hanefi Mahçiçək Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovla görüşdə ifadə edib.

Görüşdə iki qardaş ölkənin münasibətlərinin inkişafından, eləcə də regionlar arasında əlaqələrin qurulmasından söz açılıb.

Söhbət zamanı Kahramanmaraşın ev sahibliyi edəcəyi “EXPO 2023” botanika sərgisinin əhəmiyyətinə də toxunulub. Beynəlxalq sərgi şəhərin Onikişubat rayonunda təşkil ediləcək.

Sonda Rəşad Məmmədov Azərbaycanın 2020-ci il Vətən müharibəsində tarixi qalibiyyətindən bəhs edən “Zəfər salnaməsi” kitabını bələdiyyə başqanına təqdim edib.