Şəki RMİ Zaqatala rayon MKS-nin Üçüncü tala, Meşleş, Çüdülübinə və Yuxarı tala kənd kitabxana filiallarının əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor Şixamir Qaflanovun ailəsinə baş çəkiblər.

Ağdaş RMİ Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin doğum günü ilə bağlı məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Lənkəran RMİ Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidləri – Ruslan Əliyev, Şahnur Hüseynov və Sadiq Bağırzadənin məzarlarını ziyarət ediblər.