Bölgələr fəaliyyət göstərən mədəniyyət müəssisələrində 2 Milli Kino Günü münasibətilə bir sıra tədbirlər keçirilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsi (RMİ) Salyan rayon Mədəniyyət Mərkəzində Milli Kino Günü qeyd olunub. Tədbirdə Azərbaycan kinosunun inkişaf yolu haqqında söhbət açılıb.

Sabirabad RMİ Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə M.Ə.Sabir adına Sabirabad rayon Mərkəzi Kitabxanasının əməkdaşları və gənclər iştirak ediblər. Tədbirdə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Elvin Rzayev və Mərkəzi Kitabxananın Oxucularla xidmət şöbəsinin müdiri Zərifə Kərimova çıxış edərək kino sənətinin tarixi haqqında iştirakçılara ətraflı məlumat veriblər. Sonda kino sənətinin yaranması, Azərbaycan filmlərinin yer aldığı kadrlardan ibarət qısametrajlı film nümayiş olunub.

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında “Azərbaycan kinosu xalqımızın milli sərvətidir” mövzusunda tədbir təşkil olunub. Tədbirdə çıxış edənlər Azərbaycan kinosunun yaranma tarixi və inkişaf yolu haqqında danışıblar.

Gəncə RMİ Gəncə şəhər MKS-nin 7 saylı kitabxana filialı kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Üzeyir Hacıbəyov və kino” adlı kitabının müzakirəsini keçirib.

RMİ-nin əhatə etdiyi Samux rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə çıxış edənlər milli kinomuzun özünəməxsus inkişaf yolu keçməsindən, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamasından danışıblar.

Nurəddin