Bu ilin 10 ayında qardaş ölkədə 28,6 milyon əcnəbi istirahət edib
   
   2011-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşavirliyindən verilən məlumata görə, bu müddət ərzində Azərbaycandan qardaş ölkəyə 496 min turist gedib ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 23,8% artım deməkdir. Keçən ilin 10 ayında Türkiyəyə gedən azərbaycanlı turistlərin sayı 400 min nəfər olub. İlin sonuna qədər bu rəqəmin 550 mindən çox olacağı gözlənilir.
   2011-ci ilin 10 ayında ümumilikdə Türkiyəyə 28,6 milyon turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur. Əcnəbi turistlərin 32,6%-i) Antalya, 24%-i İstanbul, 10,6%-i Muğlada istirahətə üstünlük verib.
   

Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar