Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı şəhidlərin xatirəsinə həsr olunmuş “Şanlı tarix yazanlar” kitabının təqdimatı keçirilib. Müəllif çıxışında bildirib ki, kitabda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Zaqatalanın 230 qəhrəman övladının həyat salnaməsi, döyüşlərdə göstərdikləri igidliklər, valideynlərin, döyüş yoldaşlarının qəhrəmanlarımız barədə söylədikləri fikirlər əksini tapıb. Diqqətə çatdırılıb ki, Zaqataladan iki nəfər Azərbaycanın Milli Qəhrəmanı, üç nəfər isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

***

Biləsuvar RMİ-nin əhatə etdiyi Cəbrayıl rayon Çərəkən, Karxulu və Xələfli kənd klublarının əməkdaşları Vətən müharibəsi şəhidi Nicat Əlizadənin ailəsini ziyarət ediblər.