Qarşıdan Yeni il bayramı və bir neçə günlük istirahət günü gəlir. Təbii ki, bu ərəfədə bir çox insanlar istirahəti harada və necə keçirmək barədə düşünürlər.
   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən bütün hotellər artıq Yeni il hazırlıqlarına başlayıb. Onun fikrincə, ölkə əhalisinin bayram günlərində yaxşı istirahət etməsi üçün geniş imkanlar var: «Hətta regionlardakı hotellər də Yeni ildə öz qonaqlarına təqdim etmək üçün müxtəlif əyləncə proqramları hazırlayır. Tam əminliklə demək olar ki, artıq yerli turistlərin bayramı layiqincə qarşılaması üçün ölkədən kənara çıxmasına ehtiyac yoxdur».
   O ki qaldı hotellərin təklif edəcəyi qiymətlərə, dünyanın bütün ölkələrində əyləncə mərkəzləri Yeni il şənlikləri zamanı öz qiymətlərini artırırlar. Bu tendensiya yəqin ki, Azərbaycandan da yan keçməyəcək.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar