Tanınmış səyyah və fud-bloger Mark Vins Azərbaycana səfər edib. Qonaq “Re:Azerbaijan” layihəsinin təsisçisi və rəhbəri Adnan Hüseynin müşayiəti ilə Qax, Şəki, Qəbələ və İsmayıllıda olub, piti, dolma, plov, qovurma, səbzi qovurma, fisincan kimi milli xörəklərin dadı ilə tanış olub.

Bölgələrdən Bakıya qayıdan Mark Vins “Sea Breeze Resort”da qalıb. Burada onu milli və Avropa mətbəxinin ən gözəl təamlarından ibarət bayram süfrəsinə qonaq ediblər. “Shore House” və “Fish Box” restoranlarının aşpazları qonaq üçün öz əlləri ilə ən yaxşı yeməklərini hazırlayıblar.

Fud-blogeri “Sea Breeze Resort”un sahibi, müğənni və bəstəkar Emin Ağalarov qarşılayıb. O, öz sosial hesabları sayəsində Mark Vinsin fəaliyyəti ilə tanış olduğunu qeyd edərək, Azərbaycanı və bu istirahət kompleksini ziyarət etdiyinə görə qonağa minnətdarlığını bildirib.

Qeyd edək ki, Mark Vince ABŞ-da anadan olub, Tailandda yaşayır,  “The Eating Thai Food Guide” kitabının müəllifidir. Mark Vinsin Instagram-da 1,5 milyon, YouTube-da 10 milyona yaxın izləyicisi var.  

Lalə