Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayöncəsi məruzələr kitabı nəşr olunub.

Kitaba nəsr (məruzəçi Elçin Hüseynbəyli), poeziya (İbrahim İlyaslı), dramaturgiya (Firuz Mustafa), ədəbi-tənqid (Əsəd Cahangir), publisistika (Azər Turan), tərcümə (Səlim Babullaoğlu), uşaq ədəbiyyatı (Qəşəm Nəcəfzadə), Güney Azərbaycan ədəbiyyatı (Sayman Aruz), Türk dünyası ədəbiyyatı (Əkbər Qoşalı), gənclərin yaradıcılığı (Fərid Hüseyn), AYB-nin bölgə ədəbiyyatının vəziyyəti (İlqar Fəhmi) ilə bağlı on bir məruzə daxildir.

Nəşrin tərtibçisi və redaktoru AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.

Azərbaycan Yazıçılar Birliyi bundan əvvəl “Qarabağ dastanı: 30 ilin həsrəti – 44 günün Zəfəri”, “Bütün yollar Şuşaya aparır”, “Qızcığazın ünvansız məktubu” kitablarını nəşr edib və hazırda Qarabağ qazilərinin yaradıcılığından ibarət “Barıt qoxulu sətirlər...” kitabını çapa hazırlayır.

AYB-nin XIII qurultayının payız aylarında keçirilməsi nəzərdə tutulur.