Dekabrın 16-17-də Həştərxanda Xəzəryanı regionda turizmin inkişafına dair birinci beynəlxalq konfrans keçiriləcək. Bakı Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, konfrans “Rusiya Federasiyasında daxili və gəlmələr üçün turizmin inkişafı (2011-2018-ci illər)” federal proqramının həyata keçirilməsi çərçivəsində gerçəkləşəcək.
   Xəzəryanı dövlətlərin (Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın), Rusiyanın cənub bölgələrinin işgüzar dairələrinin nümayəndələrinin, BMT ekspertləri iştirak edəcəyi tədbirdə Xəzər hövzəsi regionunda turizm əməkdaşlığı məsələləri müzakirə olunacaq. Konfransın tematik diskussiyalarında Xəzəryanı regionda kruiz turizminin inkişaf etdirilməsi, Xəzəryanı regionun tarixi-mədəni irsinin qorunub saxlanması, Xəzəryanı regionun nüfuzunun yüksəldilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.
   Konfransda Azərbaycandan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev, nazirliyin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, “Geo Travel” turizm şirkətinin baş direktoru İlkin Yetirmişli daxildir.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar