![](/img/news/700x420/_1660969599.jpg)
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Kino məktəbi “Rejissorluğun dramaturgiyasi” kursuna dinləyici qəbulu elan edib.
Kursa qəbul avqustun 20-dən sentyabrın 10-dək həyata keçiriləcək.
Dərslər əyani və ödənişsiz əsaslarla keçiriləcək. Təhsil müddəti iki ildir. Məşğələlər Azərbaycan dilində aparılacaq. Məktəbin dinləyiciləri müsahibə əsasında seçiləcək. Kursun rəhbəri AKİ-nin katibi, rejissor Oleq Səfərəliyevdir.