Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda Qazaxıstan mədəniyyəti ilə bağlı silsilə təqdimatlar keçirilir.
Bu çərçivədə Süyunbay adına Almatı Vilayət Filarmoniyası “Kobız sarını” folklor-etnoqrafik ansamblının çıxışı olub.
Bununla əlaqədar Bakı Dəniz Vağzalının yaxınlığında yurta quraşdırılıb. Yurtanın önündə “Kobız sarını” folklor-etnoqrafik ansamblı Qazaxıstan milli musiqisindən nümunələr səsləndirib.
Yurtanın təqdimatı çərçivəsində Bakı sakinlərinə qazaxların adət-ənənələri, tarixi abidələri, musiqisi və turistik məkanları barədə məlumat verilib.
Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə tədbirlər avqustun 31-dək davam edəcək.