Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.

Layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin tarixi tikililərindən olan Mamayı məscidinə həsr olunub.

Qədim Şuşada 17 məhəllə olub. Onlardann doqquzu aşağı məhəllə, səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər məhəllədə hamam, məscid və bulaq var idi.

Mamayı məhəlləsi Şuşanın mərkəzi hissəsində yerləşir. XIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmiş eyniadlı məscidin memarı Kərbalayı Səfixan Qarabaği olub. Şəhərin adi yaşayış binalarının damörtüyünü xatırladan məscidin damında azançı üçün “güldəstə” quraşdırılıb.

Mamayı məscidi sovet dövründə “Poeziya evi” kimi də fəaliyyət göstərib.