Azərbaycan Yazıçılar Birliyi (AYB) XIII qurultayına hazırlaşır. Qurultaya hazırlıqla bağlı AYB sədrinin, katiblərin və seksiya rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilərək seksiya rəhbərlərinin təklifləri dinlənilib. Qərara alınıb ki, sentyabrın 2-də poeziya və uşaq ədəbiyyatının, ayın 9-da nəsr və dramaturgiya, 16-da isə tənqid və tərcümə seksiyalarının geniş toplantısı keçirilsin.

Qeyd edək ki, AYB-nin XIII qurultayı oktyabrın 5-də Bakı şəhərində keçiriləcək.