2011-ci ilin ölkəmizdə «Turizm ili» elan olunması ilə bağlı, digər bölgələrdə olduğu kimi, Gədəbəy rayonunda da geniş tədbirlər həyata keçirilib.
   
   Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, ilin ilk tədbiri yanvar ayında təşkil olunan «Gədəbəydə turizm» fotosərgisi olub. Sərgidə bölgənin yay və qış turizmi imkanlarını, tarixi abidələrini əks etdirən 150 foto nümayiş olunub.
   Fevralda almaniyalı qonaqların iştirakı ilə keçirilən «Simens günü» adlı tədbirdə XIX əsrin sonu - XX əsrin əvvəlində Simens qardaşlarının bölgədəki fəaliyyətindən söz açılıb. Aprel ayında isə Simenslərin Gədəbəydə mis mədəni və misəritmə zavodlarındakı fəaliyyəti barədə şöbə əməkdaşının hazırladığı «Həyatımızda Simens izləri» kitabı nəşr olunub.
   May ayında Azərbaycanın Belarusdakı səfirliyinin dəvəti və Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə şöbənin aşıqlar ansamblının təmsilçiləri Minsk şəhərində üçgünlük konsert proqramı ilə çıxış edib. İyunda ustad sənətkar Aşıq Ələsgərin 190 illik yubileyi Gədəbəydə geniş incəsənət bayramı kimi qeyd olunub. Tədbirdə ölkəmizlə yanaşı, İran və Gürcüstandan gəlmiş aşıqlar, habelə instrumental ansambl ifaçıları iştirak edib.
   İyul ayında rayonun müxtəlif kəndlərindən daş kitabələr və qoç heykəllər mədəniyyət və turizm şöbəsinin həyətində ayrılmış xüsusi yerdə nümayiş olunub. Bu, şöbənin təşəbbüsü ilə açıq muzey yaradılması yolunda ilkin addımlardandır. Avqustda Almaniya, Rusiya, İran, Fransa, Kanada və s. ölkələrdən gələn turistlər üçün bu füsunkar dağlıq məkanda gəzintilər təşkil edilib, rayondakı tarixi abidələrlə bağlı konfrans keçirilib.
   Sentyabr ayında “Gədəbəy: Tarixi abidələr” kitabı işıq üzü görüb. Sentyabrın 27-də Dünya Turizm Günü münasibətilə sərgi təşkil edilib. Oktyabrda ölkəmizin müstəqilliyinin 20 illik yubileyi də Gədəbəydə də coşqu ilə qeyd edilib. Mədəniyyət və turizm şöbəsinin binasında Turizm muzeyi yaradılıb. Noyabrda isə şöbə tərəfindən «Simens» sərgi-muzeyi təşkil edilib. Qeyd edək ki, bugünlərdə (22 dekabr) hər iki muzeyin açılışı keçirilib və bu barədə qəzetimizdə ətraflı məlumat verilib.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar