Dekabrın 23-24-də Ankaradakı “Şeraton” hotelində mədəniyyət turizmi sammiti keçirilib. Tədbirdə Azərbaycan da təmsil olunub. Sammitin açılışında Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay və Ankaranın bələdiyyə sədri Məlih Gökçək çıxış edərək son illər Türkiyədə turizmin inkişafı, 1988-ci ildən etibarən Avropa İttifaqının təşəbbüsü ilə genişlənən mədəniyyət turizmi sektorunda görülən işlərdən bəhs ediblər.
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı ölkəmizdə turizmin inkişafı və potensialı ilə bağlı məruzə edib. Məruzədə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin ölkədə “Turizm ili” elan edilməsi və müvafiq tədbirlər planının təsdiqlənməsi, bu sektorda həyata keçirilən layihələr geniş şəkildə əks olunub.
   Sammit iştirakçıları Azərbaycanın turizm potensialını əks etdirən stendlə də tanış olublar.
   

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar