İsmayıllı rayonu Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Uca dağları, sıx meşələri, buz bulaqları ilə məşhur olan bu bölgə flora və faunası, qədim və orta əsrlərə aid zəngin tarixi-memarlıq abidələri ilə istər yerli, istərsə də xarici turistləri özünə cəlb edir. Bu səbəbdən də ötən il rayona gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 60 min nəfərdən çox olub.
   İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən xəbərə görə, hazırda rayonda 1045 yerlik 23 mehmanxana və mehmanxana tipli istirahət mərkəzi fəaliyyət göstərir. Keçən il burada 21 otaqlı 42 yerlik “Çıraq qala” hoteli istifadəyə verilib. Hazırda Talıstan kəndi yaxınlığında 200 yerlik doqquzmərtəbəli “Cavanşir qala” istirahət kompleksi tikilir.
   Bu il Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi zamanı respublikamıza gələcək xarici turistlərin yerləşdirilməsi və istirahəti ilə əlaqədar İsmayıllıda da lazımi hazırlıq işləri görülür.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar