Milli Kitabxananın direktoru Minskdə beynəlxalq konqresdə iştirak edib

 

Sentyabrın 15-də Belarusun paytaxtı Minskdə “Kitabxana bir mədəniyyət fenomeni kimi” adlı IX Beynəlxalq Konqres keçirilib.

“Kitabxanaların rəqəmsal transformasiyası: davamlılıq və inkişaf vektoru” mövzulu konqres Belarus Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunub.

Tədbirdə Azərbaycan Milli Kitabxanasını direktoru, professor Kərim Tahirov da iştirak edib.

Konqresdə “Belarus və xarici ölkələrin kitabxanaçılıq tarixi”, “Milli və dünya mədəni irsinin qorunmasında kitabxanaların rolu”, “Kitabxana fondlarının təşkilinə innovativ yanaşmalar”, “Kitabxana və informasiya məkanında elektron resurslar”, “İstifadəçi xidmətində müasir tendensiyalar”, “Kitabxanaların, elm, mədəniyyət və təhsil müəssisələrinin fəaliyyətinin rəqəmsallaşdırılması”, “Kitabxana sosial-mədəni məkan kimi”, “Müasir şəraitdə regional kitabxanalar” və s. mövzular üzrə məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Kitabxanaların milli və dünya mədəni irsinin qorunmasında rolu” mövzusunda məruzə ilə çıxış edib.

Konqres çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXVI Ümumi Yığıncağı da keçirilib.