Başın sağ olsun, Azərbaycan!

 

Xəbər verdiyimiz kimi, 13-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədib.

Rəşadətli Ordumuz düşmənin mənfur niyyətini gözündə qoyaraq sarsıdıcı cavab tədbirləri görüb. 44 günlük Vətən müharibəsindən sonra düşmənə ən böyük zərbəni vuran qəhrəman döyüşçülərimiz Ermənistan silahlı qüvvələrinin nəzarətində olan bir çox strateji yüksəkliyi ələ keçirib. Düşmənin dayaq məntəqələri, böyük hərbi hissəsi, silah-sursat anbarları, texnika və avadanlıqları sıradan çıxarılıb, yüzlərlə canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyinin məlumatına əsasən, gərgin döyüşlər zamanı Silahlı Qüvvələrimizin 71 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb: 2 kapitan, 4 baş leytenant, 8 leytenant, 4 baş gizir, 10 gizir, 4 kiçik gizir, 3 baş çavuş, 1 kiçik çavuş, 44 əsgər....

İlk baxışda bu bir statistika kimi görünsə də, əslində, təkcə 71 ailənin deyil, ölkəmizdə və xaricdə yaşayan 50 milyonluq xalqımızın qəlbini sızladan mənzərədir. Yetmiş bir can hər birimizin bağrından ayrılan candır...

Ancaq Vətən igid, mərd oğulları ilə Vətən olur. Azərbaycan uğrunda, onun hər qarışı üçün canını və qanını əsirgəməyən qəhrəmanların xatirəsi həmişə əziz tutulacaq. Onlar yeni nəsillər üçün daim gerçək örnəklər olaraq xatırlanacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

(Yenilənib: 18.09.2022)

Kapitan Qurbanov Saleh Möhübbәt oğlu (təvəllüdü – 14.04.1990)

Kapitan Mehbalı Fәrid Kәmalәddin oğlu (18.01.1994)

Baş leytenant Bәdәlov Cavidan Zaur oğlu (28.03.1996)

Baş leytenant Әliyev Әli Cavad oğlu (01.09.1997)

Baş leytenant Kazımov Yunis Qasım oğlu (24.09.1993)

Baş leytenant Nәcәfzadә Hüseyn Abbasqulu oğlu (11.10.1997)

Leytenant Hümbәtov Ravil Mübariz oğlu (10.01.1987)

Leytenant Hüseynov Erkin Әdalәt oğlu (12.10.1998)

Leytenant İsgәndәrov Qorxmaz İsgәndәr oğlu (23.10.1999)

Leytenant Mәlikov Vüsal Bәxtiyar oğlu (01.01.2000)

Leytenant Ömәrov Sәrxan Mübariz oğlu (18.10.1999)

Leytenant Rәsulov Murad İlqar oğlu (05.08.2000)

Leytenant Sәmәdov Elnur Sәdaqәt oğlu (11.03.1988)

Leytenant Şirinov Ömәr Muğan oğlu (20.09.1999)

Baş gizir Әhmәdov Firuz Mәzahir oğlu (09.12.1985)

Baş gizir Rüstәmov Elnur Faid oğlu (05.11.1989)

Baş gizir Mәmmәdov Azәr Mustafa oğlu (04.03.1993)

Baş gizir Mәmmәdov Nahid Hüseynağa oğlu (09.05.1990)

Gizir Budaqlı İsmayıl Mәhәrrәm oğlu (12.01.1998)

Gizir Әhәdzadә Xәyal Әlövsәt oğlu (21.08.1998)

Gizir Әhmәdov Sәbuhi Fuad oğlu (21.12.1996)

Gizir Әzizov Nәzәr Ağacәlil oğlu (28.08.1991)

Gizir Hәsәnov Sәid Sarbala oğlu (10.11.1992)

Gizir İmamverdiyev Asiman Mehman oğlu (02.08.1988)

Gizir Kәrimov Azad Zakir oğlu (27.05.1994)

Gizir Qocayev Vadim Alik oğlu (10.01.1997)

Gizir Qurbanov Yusif Asif oğlu (12.11.1998)

Gizir Mәmmәdov Mәhәmmәd Bilal oğlu (15.12.1995)

Gizir Muradov Seyfəddin Mahmud oğlu (09.09.1993)

Kiçik gizir Hüseynov Ziyarәt Mail oğlu (15.05.1994)

Kiçik gizir Babazadә Elşәn Sahib oğlu (04.04.1996)

Kiçik gizir Nәsirov Ülvü Әsәdulla oğlu (15.05.2000)

Kiçik gizir Rüstәmov Fәrid Nofәl oğlu (15.12.1993)

Baş çavuş Hüseynli Rәşad Ramiz oğlu (21.05.2000)

Baş çavuş Sadıxov Şәmistan Әbdülağa oğlu (28.12.1994)

Baş çavuş Rәhimov Tәbriz Rәhim oğlu (11.08.1990)

Kiçik çavuş Abbaslı Nail Adil oğlu (10.02.1997)

Əsgәr Abdullayev Elvin Elçin oğlu (23.05.2003)

Əsgәr Ağazadә Mirtalıb Heydәr oğlu (16.01.1994)

Əsgәr Balaşzadә Röyal Atduxan oğlu (23.11.2003)

Əsgәr Әhmәdzadә Mәftun Seymur oğlu (02.02.1996)

Əsgәr Әliyev Üzeyir Sabir oğlu (24.02.1993)

Əsgәr Әzizli Sadiq Zaur oğlu (13.03.2003)

Əsgәr Fәrzәliyev Emin Elnur oğlu (20.12.1998)

Əsgәr Fәtullayev Rәfail Rüfәt oğlu (22.03.2003)

Əsgәr Heydərov Şair Camaloviç (04.09.1998)

Əsgәr Hәsәnov İbrahim Şöhrәt oğlu (18.01.2004)

Əsgәr Hәsәnov Ümid İlqar oğlu (14.07.2001)

Əsgәr Hüseynov Elmir Abdul oğlu (21.07.2003)

Əsgәr Hüseynov Səddam Rafiq oğlu (01.09.1997)

Əsgәr Xəlilov Qədim İlqar oğlu (20.08.2002)

Əsgәr İmamquliyev Ümid Vüqar oğlu (28.08.2003)

Əsgәr İsayev Sadiq Rәşad oğlu (14.03.2003)

Əsgәr Kәlbiyev İsa Rәhim oğlu (21.09.2002)

Əsgәr Kərimov Zöhrab Azad oğlu (14.08.2003)

Əsgәr Qasımov Nihad Mehman oğlu (03.02.2003)

Əsgәr Qasımov Rәşad Әnvәr oğlu (29.03.2003)

Əsgәr Qarazadә Nicat Malik oğlu (24.10.2002)

Əsgәr Qəfərli Amin Rasim oğlu (22.01.2004)

Əsgәr Qәnbәrli Rәşad Әlizamin oğlu (25.06.1996)

Əsgәr Quliyev Fərid Vahid oğlu (07.11.2003)

Əsgәr Qurbanov Xəqan Daşqın oğlu (17.06.2002)

Əsgәr Qurbanzadә Cәmil Anar oğlu (27.04.2003)

Əsgәr Lətifov Fərid Qiyas oğlu (10.10.2001)

Əsgәr Mahmudzadə Ülvi Məzahir oğlu (31.05.1991)

Əsgәr Məhərrəmov Elnur Nərbala oğlu (18.05.2001)

Əsgәr Məhərrəmov Turan Tərlan oğlu (27.05.2001)

Əsgәr Məmmədli Namiq Ağəmməd oğlu (02.05.1996)

Əsgәr Məmmədov Səfiyar Elşən oğlu (01.01.2002)

Əsgәr Muradov Bәxtiyar Güloğlan oğlu (24.08.2003)

Əsgәr Nəbiyev Hüseynalı Hikmət oğlu (17.07.1999)

Əsgәr Nəsibov Kənan Cəbrayıl oğlu (20.04.1999)

Əsgәr Omarov Eşqin Nәsib oğlu (10.07.2003)

Əsgәr Rzayev Tәrlan Pәrviz oğlu (01.07.2003)

Əsgәr Sәmәdov Elmin Mirzәli oğlu (01.02.1996)

Əsgәr Süleymanov Xәyal Elxan oğlu (27.11.1996)

Əsgәr Süleymanov Turxan İdris oğlu (20.09.2002)

Əsgәr Şirinov Polad Seyran oğlu (05.10.2002)

Əsgәr Verdiyev Nihad Nicat oğlu (19.03.2003)

Əsgәr Zülfüzadə Coşqun Ədail oğlu (27.12.1998)

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin.