Azərbaycan Milli Xalça Muzeyinin “Nənəmin sandığından fashion show” layihəsi çərçivəsində uşaqlar üçün təşkil etdiyi 3 aylıq tədris proqramına qeydiyyat davam edir.

Muzeydən bildirilib ki, proqram müddətində iştirakçılar Qarabağa aid milli geyimlər haqqında nəzəri biliklərə, praktik bacarıqlara yiyələnəcəklər. Tədris proqramını bitirənlərə sertifikatlar təqdim ediləcək və onların hazırladıqları geyimlərdən ibarət moda nümayişi olacaq.

Azərbaycan və rus dillərində keçiləcək dərslərə qatılmaq istəyən 11-18 yaş arası qızlar və oğlanlar sentyabrın 30-dək qeydiyyatdan keçə bilərlər.

Layihə haqqında ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün (+99450) 363 43 55, (+99455) 262 81 84 nömrələri ilə əlaqə saxlamaq olar.