Sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycanla sərhəddə törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri hərbi qulluqçularının şəhid olması ilə əlaqədar Heydər Əliyev Mərkəzində sentyabrın 17-18-nə planlaşdırılan “Art Festival”, eləcə də nəzərdə tutulan digər mədəni-kütləvi tədbirlər təxirə salınıb.

Bu barədə Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da erməni təxribatı nəticəsində şəhid olan Vətən övladlarının ruhuna ehtiram əlaməti olaraq, yeni mövsümün açılışı ilə bağlı planlarında dəyişiklik edib.

Teatrdan bildirilib ki, sentyabrın 16, 17 və 18-i günlərinə təsadüf edən tamaşaların nümayişi ləğv olunub. Həmin günə bilet alanlar qarşıdakı həftələrdə istənilən tamaşanı  izləyə bilərlər.