Milli Azərbaycan Tarixi Muzeyinin “Nadir kitablar” fondunda müxtəlif dövrləri əhatə edən dəyərli nümunələr qorunur.

Muzeydən bildirilib ki, belə nümunələrdən biri XVIII əsrə aid “Misirlilər, karfagenlilər, assuriyalılar, babillilər, midiyalılar, farslar, makedoniyalılar və yunanlar haqqında qədim hekayə” (Sankt-Peterburq, İmperator Elmlər Akademiyası, 1749) adlı nadir nüsxədir. Kitabın müəllifi, fransız yazıçı Şarl Rollen oxuculara bu xalqların qədim tarixini, onların ictimai-iqtisadi vəziyyətini, Misir fironlarının yürüşləri və qədim Misir cəmiyyətinin etnoqrafik təsvirini geniş şəkildə təqdim edir.

Sankt-Peterburqda nəşr olunan kitab fransız dilindən Vasili Trediakovski tərəfindən rus dilinə tərcümə edilib.