Sankt-Peterburq Dövlət Tarix Muzeyində III Beynəlxalq “Memarlıq incəsənət kimi” sərgisi açılıb. Ekspozisiyada “Qızıl Trezini-2021” müsabiqəsi qaliblərinin əsərləri nümayiş etdirilir.
“Qızıl Trezini” beynəlxalq mükafatı hər il memarlıq, dizayn, bərpaçılıq və muzey işi sahəsində fərqlənən layihələrə görə təqdim olunur.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov sərginin açılışında çıxış edib. Diplomat Azərbaycan və Rusiya mədəniyyət və incəsənət xadimləri arasında əməkdaşlıqdan söhbət açıb.
Tədbirdə Sankt-Peterburq Dövlət Tarix Muzeyinin baş direktoru Vladimir Kirilov, İsrailin Sankt-Peterburqdakı baş konsulu Uri Reznik, Rusiya Milli Kitabxanasının baş direktoru Vladimir Qronski və başqaları çıxış ediblər.
Sərgidə 14 ölkədən (Braziliya, Britaniya, İsrail, Hindistan, İtaliya, İspaniya və s.) layihələr yer alıb.