Məmməd Səid Ordubadinin 150 illiyi münasibətilə metodik vəsait hazırlanıb

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası “Tarixi roman janrının banisi” adlı metodik vəsait hazırlayıb.

Baş idarədən bildirilib ki, metodik vəsait görkəmli yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Məmməd Səid Ordubadinin (1872-1950) 150 illiyi münasibətilə ərsəyə gətirilib. Vəsaitdə qeyd olunur ki, XX əsr Azərbaycan tarixi romanının banisi olan ədib həm də şair, dramaturq, publisist və ictimai xadim kimi fəaliyyət göstərib.

Yazıçının “Dumanlı Təbriz”, “Qılınc və qələm”, “Gizli Bakı”, “Döyüşən şəhər” və s. əsərləri XX əsr Azərbaycan nəsrinin diqqətəlayiq nümunələrindəndir. Xalqımızın tarixinin mühüm hadisə və qəhrəmanlıqlarını dərindən öyrənib sənətkarlıqla əks etdirən ədib roman sahəsində ədəbiyyatımızda özünəməxsus yol açıb.