Məktəblilər arasında keçirilən “Meşələri qoruyaq” adlı respublika müsabiqəsinə yekun vurulub. 2011-ci ilin “Turizm ili” və BMT tərəfindən beynəlxalq “Meşə ili” elan edilməsi ilə əlaqədar məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə təşkil olunmuş müsabiqənin respublika mərhələsinə 53 rayon və şəhərdən 300-ə qədər yaradıcılıq işi təqdim olunub. Müsabiqəyə 3 nominasiya və 3 mərhələ üzrə orta ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri, dərnək üzvləri, “gənc meşəçilər” qatılıb.
   Respublika mərhələsində Naxçıvan MR, Bakı, Şamaxı, Lənkəran, Qax, Şirvan, İsmayıllı, Göyçay, Tərtər, Şabran, Tovuz, Xaçmaz, digər şəhər və rayon məktəblilərinin yaradıcılıq işləri münsiflər heyəti tərəfindən qiymətləndirilib, I, II, III yerə layiq görülən qaliblər mükafatlandırılıb.
   
    Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar