“Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik”
   
   Yanvarın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
   
   İclasda çıxış edən dövlət başçısı bildirib ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilib. Nəzərdə tutulan bütün planlar icra olunub. Ötən il iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda isə 9,4 faiz olub. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artıb.
   2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunub və bu rəqəm 20 milyard dollar təşkil edib. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulub. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçib.
   “Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bununla yanaşı, sosial siyasətdə də uğurlu addımlar atırıq”, - deyən prezident bildirib ki, keçən il mədəniyyət, səhiyyə, təhsil, idman obyektlərinin tikintisi davam etdirilib.
   Prezident İlham Əliyev 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunduğunu, bu çərçivədə böyük işlərin görüldüyünü, yeni müasir hotellərin açıldığını nəzərə çatdırıb: “2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir. “Turizm ili” ərzində bu sahəyə daha da böyük diqqət göstərilmişdir. Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm. Beynəlxalq qurumlarla əlaqələrimiz güclənir. Bizim gözəl, təbii şəraitimizlə tanış olmaq üçün gələnlərin sayı da artmaqdadır. Keçən il təkcə Bakıda 3 yeni beşulduzlu mehmanxana açılmışdır. Bu il yenə də eyni sayda beşulduzlu mehmanxana açılacaqdır. Bölgələrdə də bu proses gedir. İndi bölgələrdə beşulduzlu mehmanxanalar tikilir. Ən vacib turizm mərkəzlərinə özüm baş çəkirəm, vəziyyətlə tanış oluram.
   Şahdağ Qış-Yay Turizm Kompleksi bu il istifadəyə veriləcəkdir. Bu da dünya miqyasında nadir xizək kurortu olacaqdır. Çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik. Yəni, 2011-ci ili “Turizm ili” elan etməyimiz də hesab edirəm ki, düzgün addım idi”.
   
   “Turizm ili” yerini
   “İdman ili”nə verir
   
   Prezident ötən il “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunduğunu, Gənclər Fondunun yaradıldığını, infrastruktur layihələrinin davam etdirildiyini deyib.
   Prezident İlham Əliyev yekun nitqində bildirib ki, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal iş görülməlidir. “2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaqdır. 2012-ci ildə içməli su və kanalizasiya, suvarma və meliorasiya, qazlaşdırma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır.
   Prezident İlham Əliyev bildirdi ki, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçiriləcək. Ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyan bu beynəlxalq səviyyəli yarışın keçirildiyi ildə Azərbaycanda 10 Olimpiya İdman Kompleksi tikiləcək, Olimpiya stadionunun və Gimnastika Kompleksinin tikintisi fəal mərhələyə keçəcək, Tofiq Bəhramov adına stadionun təmir-bərpası davam etdiriləcək. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2012-ci ili Azərbaycanda “İdman ili” elan edib. Bununla bağlı müvafiq sərəncam imzalanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar