İraq Azərbaycanla dini turizm sahəsində əməkdaşlıq etmək istəyir. Bakıda səfərdə olan İraq parlamentinin xarici əlaqələr komitəsinin sədri Hammam Hamidu azərbaycanlı zəvvarların İraqın Kərbəla və Nəcəf şəhərlərindəki müqəddəs yerlərə səfərlərinin təkmil formada həyata keçirilə biləcəyini vurğulayıb.
Milli Məclisdə Azərbaycan-İraq parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşən qonaq dini turizm sahəsində əməkdaşlıqla bağlı təklifini Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə çatdırmağı xahiş edib.