Yanvarın 14-də Almaniyanın Ştutqart şəhərində “CMT 2012” beynəlxalq turizm sərgisi açılıb. Yanvarın 22-dək davam edəcək tədbirdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti də iştirak edir. Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, sərgiyə “Geo Travel”, “ENC Tours” və “Xəzər” turizm şirkətlərinin nümayəndələri də qatılıb.
   Sərgidə ölkəmizin turizm potensialı 24 kvadratmetrlik stenddə nümayiş olunur. Ziyarətçi və iştirakçılara paylanması üçün alman, ingilis dillərində 30 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları aparılıb.
   Azərbaycan 2011-ci ildə də “CMT” beynəlxalq turizm sərgisində iştirak edib. Builki tədbirdə ölkəmizlə yanaşı, dünyanın 100-ə yaxın ölkəsi öz turizm potensialını nümayiş etdirir.
   Qeyd edək ki, ölkəmizin turizm imkanlarının Almaniyada tanıdılması və bu ölkədən turistlərin cəlb olunması məqsədilə 2012-ci ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi martın 7-11-də Berlində keçiriləcək “İTB 2012” beynəlxalq turizm sərgisində də iştirak etməyi planlaşdırır. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar