Yanvar 17-də İspaniyanın paytaxtı Madrid şəhərində Turizm Xidmətlərinin Forumu işə başlayıb.
   “Turizm iqtisadi inkişaf və məşğuliyyətin aparıcı qüvvəsi kimi: rəqabət qabiliyyətinin aparılması siyasəti” mövzusuna həsr olunan forumda dünyanın onlarla nüfuzlu təşkilat təmsilçiləri iştirak edir.
   Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən qəzetimizə daxil olan məlumata görə, Dünya Turizm Təşkilatının qoşulmuş üzvü statuslu ATİ-ni ali təhsil ocağının rektoru Cəfər Cəfərov təmsil edir. Azərbaycan nümayəndə heyətinin səfər proqramında yanvarın 18-dən 22-dək fəaliyyət göstərəcək FİTUR beynəlxalq turizm sərgisində iştirak, eyni zamanda Dünya Turizm Təşkilatının nümayəndələri, İspaniyanın aparıcı turizm müəssisələrinin və Turizmin Keyfiyyəti İnstitutunun rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar