Yanvarın 27-dən 29-dək ABŞ-ın Los-Anceles şəhərində “Los Angeles Times Travel Show 2012” beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgidə iştirak etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Turizm Assosiasiyasının nümayəndə heyəti Los-Anceles şəhərinə ezam olunub. Sərgidə “Xəzər Travel”, “İntour” və “Spektr travel” turizm şirkətləri də təmsil olunacaq.
   Beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 24 kvadratmetr sahə icarəyə götürülüb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis dilində 30 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları təqdim olunacaq.
   Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq “Los Angeles Times Travel Show” sərgisində iştirak edir. Builki sərgidə müxtəlif ölkələrdən 250-yə yaxın şirkət təmsil olunur. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar