Azərbaycan Milli Elmlər Akademiyasının yeni strukturu və işçilərinin say həddi təsdiq edilib. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı imzalanıb.
Baş nazir Əli Əsədovun sentyabrın 30-da imzaladığı qərara əsasən, AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin iyulun 28-də imzaladığı sərəncamla AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri, Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri bölmələri, habelə Naxçıvan və Gəncə bölmələri üzrə ümumilikdə 37 müəssisə – institutlar, elmi istehsalat birliləri və s. yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
AMEA-nın yeni strukturu belədir:
1. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Aparatı.
2. Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri:
2.1. Respublika Seysmoloji Xidmət Mərkəzi;
2.2. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu;
2.3. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;
2.4. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu;
2.5. Fəlsəfə və Sosiologiya İnstitutu;
2.6. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu;
2.7. Nəsimi adına Dilçilik İnstitutu;
2.8. Memarlıq və İncəsənət İnstitutu;
2.9. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu;
2.10. Folklor İnstitutu;
2.11. Qafqazşünaslıq İnstitutu;
2.12. “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
2.13. Lənkəran Regional Elmi Mərkəzi;
2.14. Şəki Regional Elmi Mərkəzi;
2.15. Mərkəzi Elmi Kitabxana;
2.16. “Elm” Nəşriyyatı.
3. Naxçıvan bölməsinin Aparatı.
4. Naxçıvan bölməsinin tabeliyində olan elmi müəssisələr:
4.1. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
4.2. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
4.3. Əlyazmalar Fondu.
5. Gəncə bölməsinin Aparatı.
6. Gəncə bölməsinin tabeliyində olan elmi müəssisələr:
6.1. Humanitar Tədqiqatlar İnstitutu;
6.2. Diyarşünaslıq İnstitutu;
6.3. Nizami Gəncəvi Mərkəzi.
Nazirlər Kabinetinin qərarı ilə AMEA-nın işçilərinin ümumi say həddi 3 510 nəfər müəyyənləşdirilib. Ümumilikdə akademiyanın idarəedilməsi və maliyyə məsrəfləri optimallaşdırılıb.
Qeyd edək ki, AMEA-nın 2015-ci ilin 17 noyabrında təsdiq edilən əvvəlki strukturunda ümumi işçi sayı 11200 ştat vahidi müəyyən edilmişdi.