2011-ci ildən Dünya Turizm Təşkilatına assosiativ üzv qəbul edilmiş Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov İspaniyanın Madrid şəhərində keçirilən «FİTUR» turizm sərgisi çərçivəsində bir sıra maraqlı görüşlər keçirib.
   
    Onun sözlərinə görə, sərgidən əvvəl Madriddə keçirilən Turizm Xidmətlərinin Forumuna dəvət alıblar. «Turizm iqtisadi inkişaf və məşğuliyyətin aparıcı qüvvəsi kimi: rəqabət qabiliyyətinin aparılması siyasəti» mövzusuna həsr olunan forumu DTT-nin baş katibi Taleb Rifai açıb: «Forumda dünyanın aparıcı turizm təşkilatlarının təmsilçiləri iştirak edirdilər. Burada dünya turizminin qarşılaşdığı problemlər müzakirə mövzusu oldu, mütəxəssislər tərəfindən bu problemlərin həlli yolları araşdırıldı».
   «FİTUR» sərgisi zamanı Bakı Turizm İnformasiya Mərkəzi və İspaniyanın Turizm İnformasiya Mərkəzi arasında əməkdaşlığa dair görüş keçirilib. B.Qılıncov ilkin əməkdaşlığın şərtlərini ehtiva edən müqaviləni ispaniyalı həmkarlarına təqdim edib: «İspaniya hazırda Avropanın ən nüfuzlu turizm mərkəzlərindən biridir. Biz onların müvafiq qurumu ilə əməkdaşlıqda çox maraqlıyıq».
    BTİM-in direktor müavini İspaniyanın Turizm İnformasiya Mərkəzinin Madriddəki ofisində də olub: «Orada işçilər növbəli iş rejimində işləyirlər. Yəni gecə saatlarına qədər buraya müraciət edən xarici turist istədiyi məlumatı ala bilir. Hər bir turist hətta özü kompyuterdən istifadə etməklə onu maraqlandıran məlumatları götürə bilir. Gələcəkdə bu təcrübəni BTİM-də də tətbiq etməyi nəzərdə tuturuq».
   B.Qılıncov müqavilə imzalandıqdan sonra əməkdaşlığın mümkün formalarının da müzakirə olunacağını bildirdi. 

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar