Macarıstanda Toğrul Nərimanbəyovun rəsmlərindən ibarət təqvim nəşr olunub
   
   Budapeştdə fəaliyyət göstərən Macar-Azərbaycan Dostluq Cəmiyyəti ənənəvi olaraq 2012-ci il üçün Azərbaycan və macar dillərində təqvim hazırlayıb. Builki təqvim görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyova həsr olunub. Təqvimin hər səhifəsində rəssamın tanınmış əsərləri, onların adları və çəkilmə illəri göstərilib, son səhifəsində isə rəssamın tərcümeyi-halı və nailiyyətləri əksini tapıb. Rəsmlər arasında rəssamın avtoportreti, Bakının panoramı, Azərbaycan süfrəsi, muğam triosu, nağıllarımız, meyvələrimiz və başqa milli atributlarımız yer alıb. Təqvim Macarıstanda yaşayan və təhsil alan azərbaycanlılara, yerli əhaliyə, dövlət və qeyri-hökumət təşkilatlarına, biznes qurumlarına paylanıb.
   Xatırladaq ki, Macar-Azərbaycan Dostluq Cəmiyyəti 1994-cü ildən fəaliyyət göstərir. 
   
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar