Çinin elektrik avtomobilləri üzrə ixtisaslaşmış “Xpeng Inc” kompaniyasının istehsalı olan “uçan avtomobillər” Dubay səmasında sınaqdan keçirilib.

Dubay sakinləri ikinəfərlik salonu ən modern avtomobillərə uyğun dizayn edilmiş və helikopter pərləri ilə təchiz olunmuş bu nəqliyyat vasitələri ilə göydələnlərin ətrafında uçuşlar həyata keçiriblər.

90 dəqiqə davam edən uçuşlardan sonra jurnalistlərə müsahibə verən “Xpeng Inc” kompaniyasının baş meneceri Minquan Qui bildirib ki, “uçan avtomobillər” tıxac problemi olan meqapolislər üçün ən mühüm nəqliyyat vasitəsi olacaq. Onun sözlərinə görə, ilk sınaq uçuşlarının Dubayda keçirilməsinin səbəbi bu şəhərin müasir texnologiyaların tətbiqi sahəsində qabaqcıl rol oynamasıdır.