Bu il Bolqarıstanın 10-dan çox şirkəti, o cümlədən aparıcı turizm operatorları “AİTF-2012” sərgisinin ziyarətçi və iştirakçılarını öz xidmətləri ilə tanış edəcək. Bundan əlavə, Bolqarıstan “AİTF-2012” sərgisində qonaq ölkə kimi çıxış etməyi qərara alıb.
   Bu məsələ Bolqarıstanın iqtisadiyyat, enerji və turizm nazirinin müavini İvo Marinovun “Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədovla görüşündə müzakirə olunub. Nazir müavini qeyd edib ki, hər iki ölkə arasında turizm sahəsində böyük əməkdaşlıq potensialının mövcud olduğunu görürlər və buna görə də “AİTF-2012” sərgisində çıxış etməyi qərara alıblar: «2011-ci ilin sonunda Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov Azərbaycana səfəri zamanı iki ölkə arasında turizm sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanmışdı. Bununla əlaqədar ikitərəfli turist axınını optimallaşdırmaq üçün bir sıra tədbirlərin keçirilməsi ilə bağlı qərar qəbul olundu və Bolqarıstan “AİTF-2012” sərgisində öz milli stendi ilə çıxış etmək qərarına gəldi. Biz əminik ki, bu sərgi turizm əlaqələrimizin inkişafına təkan verəcək».
   Qeyd edək ki, bu il Azərbaycanın ənənəvi turizm sərgisi “AİTF-2012” aprel ayının 12-dən 14-dək “Bakı Ekspo” mərkəzində keçiriləcək.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar