Azərbaycan Turizm İnstitutunun Beynəlxalq əlaqələr və layihələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı Swansea Metropolitan Universitetində (Böyük Britaniya Birləşmiş Krallığı, Uels) hər il keçirilən akademik mübadilə proqramının iştirakçısı olub. ATİ-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, institutun qoşulduğu Avropa Birliyinin «Erasmus Mundus Action 2» layihəsi proqramının şərtlərinə əsasən, akademik mübadiləni təşkil etmək hüququ qazanmış universitetlərin birində tərəfdaş ali məktəblərin nümayəndəsi 1 ay müddətində dərs və təcrübə keçməklə bərabər, tədqiqat aparmaq şansı qazanır. ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlı da bu qaydaya uyğun olaraq layihə çərçivəsində təqaüd proqramının iştirakçısı olub.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar