Oktyabrın 18-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında türkiyəli sənətçi Özgür Akçay və Bakı Uşaq və Gənclər Teatrı aktyorlarının iştirakı ilə yaradıcılıq axşamı keçirilib.

Tədbirdə Özgür Akçay və aktyorların ifasında Nizami Gəncəvi, Nəsimi və Füzulinin qəzəlləri əsasında kompozisiya təqdim olunub.

Daha sonra Türküyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanmış "Sevgi dili memarları" sənədli filmi nümayiş etdirilib. Film UNESCO tərəfindən “Ahi Evran, Hacı Bektaşi Vəli və Yunus Əmrəni anma ili” elan edilən 2021-ci ildə ərsəyə gəlib.