ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Svift kosmik rəsədxanasının rentgen teleskopu massiv ulduzun kollapsı zamanı yaydığı siqnalları qeydə alıb.
Məlumatda bildirilir ki, svift rentgen teleskopu GRB 221009A adı verilən partlayışın ilk qeydindən təxminən bir saat sonra onun yaydığı şüalanmanı çəkib. Müşahidə olunan parlaq halqalar ulduz kollaps etdikdən sonra onun yaydığı şüalanmanın qalaktikadakı tozdan rentgen oblastında səpilməsi nəticəsində yaranır.
Qeyd edək ki, GRB 221009A adlı partlayış Oxatan bürcündə və Yerdən təxminən 1,9 milyard il məsafədə baş verib. Yaranmaqda olan qara dəlik işıq sürətinə yaxın sürətlə hərəkət edən zərrəcikləri bloklayaraq onların güclü axınını – jetləri yaradır. Bu jetlər kosmosa rentgen və qamma şüaları axını yayırlar. İlkin təhlillərə görə, partlayış analoji AT2018cow partlayışından 18 dəfə güclü olmaqla indiyə qədər müşahidə olunmuş ən güclü qamma şüalanmasıdır.