Birinci Dünya müharibəsində həlak olmuş müsəlman əsgərlərə ehtiram olaraq tikilmiş Paris Böyük Məscidinin 100 illiyi qeyd edilib.
Birinci Dünya müharibəsi zamanı Fransa ordusu sıralarında 70 min müsəlman əsgər həlak olub. Onların fədakarlığına hörmət əlaməti olaraq 1920-ci ildə Parisdə məscid, kitabxana və konfrans zalı da daxil olmaqla Müsəlman İnstitutunun yaradılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə qəbul edilir. 1922-ci il oktyabrın 19-da hərbi sərkərdə və Fransanın Mərakeşdə müstəmləkəçiliyinin rəmzi siması olan marşal Uber Lyoteyin iştirakı ilə gələcək məscidin təməli qoyulur. Məscidin tikintisi 4 il davam edir və 1926-cı ildə rəsmi açılışı olur.
Oktyabrın 19-da Paris Böyük Məscidinin 100 iliyinə həsr edilmiş tədbir keçirilib. Prezident Emmanuel Makronun da qatıldığı mərasimdə məscidin önündə Fransa Respublikasının müsəlman əsgərlərə minnətdarlığını əks etdirən lövhə açılıb.