Fevralın 13-də «Kempinski Badamdar» hotelində «Qatar Airways» aviaşirkətinin Bakı nümayəndəliyinin dəstəyi ilə Tailand Krallığında fəaliyyət göstərən «Sayama Travel» turizm şirkətinin təqdimat mərasimi keçirilib (“İnfotour.az”) .
   
    Tədbirdə çıxış edən «Sayama Travel» şirkətinin direktoru Pavel Qorbenko bildirib ki, rəhbərlik etdiyi şirkət Tailandın turizm üzrə MDB və Şərqi Avropa ölkələrində ən böyük təmsilçisi hesab edilir. Şirkətin 10 ildən artıq iş təcrübəsi var. Tailandın bütün regionlarına turlar təşkil etdiklərini deyən şirkət rəhbərinin sözlərinə görə, turistlərin rahatlığı, onların yerləşmədə, ekskursiyalarda heç bir problemlə üzləşməməsi «Sayama Travel»in kollektivinin qarşısında duran ən başlıca vəzifədir: «Biz Tailand ərazisində fəaliyyət göstərən bütün hotellərdə təminatlı istirahət, beynəlxalq reyslərdə qarşılanma və yolasalma vəd edirik. Bundan başqa, müxtəlif dillərdə turistlərlə sərbəst danışa bilən bələdçilərimiz var. Tailandın Bankonq, Pattaya, Ko Çanq, Pxuket, Samuy kimi iri turizm mərkəzlərində avtoparklarımız mövcuddur. Ölkə üzrə tanışlıq xarakteri daşıyan turlarımız var».
   Pavel Qorbenko onu da deyib ki, «Sayama Travel» müxtəlif ölkələrdə fəaliyyət göstərən iri turizm şirkətləri ilə də yaxından əməkdaşlıq edir. O, «Qatar Airways» aviaşirkətinin yeni açılan Bakı-Doha aviareysinin köməyi ilə Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri, o cümlədən də Tailandla qarşılıqlı turist mübadiləsinin böyük uğur gətirəcəyinə əminliyini da bildirib.
   «Qatar Airways» aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Ceyhun Xəlilbəyli bildirib ki, artıq azərbaycanlı turistlər bu aviareyslə Dohanın beynəlxalq aeroportuna, oradan isə rahat şəkildə Tailanda səfər edə bilərlər. Onun sözlərinə görə, bütün reyslərdə sərnişinlərin rahatlığına və təhlükəsizliyinə təminat verilir.
   «Sayama Travel» şirkətin direktoru Pavel Qorbenko jurnalistlərin ötən il Tailandda baş verən təbii fəlakətin bu ölkənin turizm sektoruna nə qədər zərər verməsi ilə bağlı sualına cavab olaraq bildirib ki, fəlakət nəticəsində ölkənin iri turizm mərkəzlərinin heç biri ziyan çəkməyib: «Şirkətimizin xətti ilə gələn turistlərin sayında çox cüzi azalma hiss edildi. Tailand Krallığı öz qonaqpərvərliyi və tolerantlığı ilə həmişə turistlərin diqqət mərkəzində olub. Ona görə də mən sizləri də bu ecazkar ölkəyə dəvət edirəm. Azərbaycanlı turistləri Tailandda görməkdən məmnun olarıq».

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar