AMEA-nın Folklor İnstitutunda “Hüseyn Cavid və mifoloji düşüncə” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Noyabrın 15-də gerçəkləşəcək elmi konfrans Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illik yubileyi haqqında Prezident İlham Əliyevin 14 mart 2022-ci il tarixli sə¬rəncamına əsasən təşkil ediləcək.

Elmi tədbirdə ədibin zəngin yaradıcılığının mühüm bir tərəfinə – onun mifoloji düşüncə tərzi ilə bağlılığı diqqət mərkəzinə çəkiləcək.

Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini (tezis) oktyabrın 31-dək h.cavid140@mail.ru elektron poçt ünvanına göndərə bilərlər. Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 5 noyabr tarixinədək elektron poçt vasitəsilə məlumat veriləcək.