Cəfər Cabbarlının Ev-Muzeyində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Böyük Zəfər” adlı tədbir keçirilib.

Muzey və kitabxana işçiləri, tələbə və məktəblilər, təhsil işçilərinin iştirak etdiyi tədbirdə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Qəmər Seyfəddinqızı iştirakçıları salamlayaraq şanlı Zəfərimiz haqqında söz açıb.

Şair-publisist Zərəngiz Dəmirçi Qayalı, Cəlil Məmmədquluzadə Ev-Muzeyinin direktoru Yeganə Məmmədova, Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin direktoru Lalə Abaszadə, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi “Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova, Xurşidbanu Natəvan adına kitabxananın direktoru Aynur Babayeva və Yasamal rayon MKS 3 saylı filialının direktoru Arzu Xəlilova çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz haqqında bəhs olunub, bu qələbənin xalqımıza əbədi qurur yaşatdığı diqqətə çatdırılıb. 

Sonra 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi “Gənc aktyorlar” dərnəyinin üzvləri tərəfindən “Böyük Zəfər” adlı ədəbi-bədii kompozisiya ilə təqdim olunub. Gənc aktyorlara muzeyin hazırladığı bukletlər hədiyyə edilib.

Lalə