Fevralın 14-də Türkiyənin İqdır Universitetinin nümayəndələri - Şahin Əhmədoğlu və Elşad Abdullayev Azərbaycan Turizm İnstitutunun qonağı olub. İnstitutun prorektoru Eldar Aslanov görüşdə ali təhsil ocağının ölkəmizin turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsində uğurları, perspektiv planlar barədə danışıb. ATİ-nin Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə təhsil sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi imzaladığı və ikili diplom təcrübəsinin üstünlükləri, Avropa İttifaqının Erasmus Mundus proqramı çərçivəsində tələbə - müəllim mübadiləsinin əhəmiyyəti barədə qonaqlara məlumat verilib. Bundan əlavə, ATİ-nin Şimali Kiprin Girne Amerika Universiteti, Doğu Akdeniz Universiteti, Almaniyanın Oldenburq Tətbiqi Elmlər Universiteti və Jade Universiteti ilə faydalı əməkdaşlığından söz açılıb.
   Şahin Əhmədoğlu İqdır Universitetinin 2008-ci ildən fəaliyyət göstərdiyini, təhsil ocağında 2800 tələbənin oxuduğunu diqqətə çatdırıb. Qeyd edib ki, universitetdə 2012/2013-cü tədris ilindən etibarən turizm fakültəsi açılacaq. Qonaq ATİ-nin bu sahədəki təcrübəsindən əməkdaşlıq çərçivəsində yararlanmaq istəklərini bildirib.
   Qonaqlar ATİ-də səmimi qarşılandıqlarına görə institutun rəhbərliyinə təşəkkürlərini bildiriblər.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar