Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Vətən müharibəsi şəhidlərinin uşaqlarının Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiyasını təşkil edib.

30-a yaxın şəhid övladının iştirak etdiyi ekskursiya zamanı uşaqlar Qobustan qoruğunda qayaüstü rəsmlərlə, məşhur “Qavaldaş”la maraqla tanış olublar.

Qobustan qoruğunun muzeyi, buradakı ekspozisiya, interaktiv məlumat monitorları, qoruq ərazisinə 3D formatlı virtual səyahət imkanı da uşaqların marağına səbəb olub. Onlara Qobustanın minilliklər ərzində dəyişən təbii mühiti, burada aparılmış arxeoloji qazıntılar, qədim insanların həyat tərzi və s. haqqında məlumatlar verilib.