Fevralın 16-da İtaliyanın Milan şəhərində “BİT 2012” beynəlxalq turizm sərgisi işə başlayıb. 
   Fevralın 19-dək davam edəcək sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri V.Şixəmmədov, Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşı G.Əliyeva və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 nümayəndəsi daxildir. Həmçinin sərgidə 3 yerli turizm şirkəti, “Geo Travel”, “Gilan Tourism” və “Millennium Tourism and Congress DMC” şirkətləri təmsil olunacaq.
   Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, “BİT” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgidə ümumilikdə 52 ölkədən 600-ə yaxın şirkət təmsil olunur.
   Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 40 kvadratmetrlik lövhə quraşdırılıb. Stendimiz sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində 30 adda müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları ilə təmin olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar